Logo

Ramiz Fətəliyev: “O gecə baş verənləri lentə almaq qəhrəmanlıq deyil, bizim peşə borcumuz idi” - VİDEO

20.01.2022 23:48 167 baxış
IMG

“Şöhrət” ordenli Xalq artisti, Respublika Dövlət mükafatı laureatı, kinorejissor və ssenarist  Ramiz Fətəliyev jurnalist Natavan Osmanlının təqdimatındakı “Müəllif baxışı” layihəsinin qonağı olub.

O, “BakuTV”-nin efirində 1990-cı ilin qanlı yanvar hadisələrinin çəkilişləri barədə danışıb.

Dəhşətli gecənin xatirəsini yaddaşında canlandıran incəsənət xadimi o zaman televiziyanın çəkilişlərə qadağa qoyduğunu bildirib.

“Hərbçilər əllərindəki siyahı üzrə əhəmiyyətli dövlət obyektlərini nəzarətə götürürdülər. Hətta bir neçə mənzil istismar sahəsini də tutmuşdular. Lakin nədənsə kinostudiyanı unutmuşdular. Belə bir vəziyyətdə fürsətdən istifadə etmək qəhrəmanlıq deyil, sadəcə bizim peşə borcumuz idi. O, gecə bütün çətinliklərə baxmayaraq kinostusiyanın min nəfərlik işçi heyətindən 900-ü müəssisəyə toplandı. Biz kameralarımızı götürüb küçələrdə çəkilişlərə başladıq”, - deyə R. Fətəliyev xatırlayıb.

Kinorejissor qanlı yanvar faciəsində imperiya siyasətilə yanaşı, erməni xislətinin də böyük rol oynadığını vurğulayıb:

“Qonşuluğumuzda elə bir xalq yaşayır ki, heç zaman baş verməyənləri yadda saxlamaq xüsusiyyətinə malikdir. Biz isə əksinə, baş verənləri unutmaq kimi bir xarakterə sahibik”, - deyə o, qeyd edib.

Xalq artistilə müsahibənin yer aldığı “Müəllif baxışı” verilişini “BakuTV”-də izləyə bilərsiniz:

Xəbər lenti