Logo

Gömrük Akademiyasının tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

20.01.2022 22:40 580 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, Vətənin suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda etmiş soydaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edən gənclər şəhidlərimizin xatirəsinə ucaldılmış əbədi məşəlin önünə və şəhid məzarlarının üzərinə gül dəstələri düzüblər.

Xəbər lenti