Logo

Qanlı Yanvar şəhidi Larisanın anası: “Soruşdum, qızım haradadır, dedi, itirdim” - VİDEO

20.01.2022 21:13 916 baxış
IMG

1990-cı il yanvar ayının 19-da 20-ə keçən gecə sovet ordusu Bakıya yeridilir. Rusiya ordusu minlərlə azərbaycanlıyla yanaşı elə rusların özlərini də qırdılar. Azğınlaşmış ordu qoca, uşaq, qadın demədən insanlara atəş açır, onların üstünə tankları yeridirdi.

Rus ordusunun atəşinə tuş gələnlərin arasında 13 yaşlı Larisa da var idi.

Baku TV-nin əməkdaşları Larisanın anası ilə söhbət edib.

Larisanın anası Qalina Məmmədova o gecəni belə xatırlayır.

“Mənə dedilər ki sən Qalina Məmmədovasan? Dedim hə. Dedilər yoldaşın yaralanıb xəstəxanadadır, mən qızımı soruşdum, amma bilmədiklərini dedilər. Xəstəxanaya getdim, ikinci mərtəbəyə çıxdım ki yoldaşım uzanıb, soruşdum ki Larisa hardadır? Mənə baxdı, ağladı, dedi ki itirdim” – deyə, o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xəbər lenti