Logo

ABŞ-da məktəb avtobusu atəşə tutulub

20.01.2022 14:20 387 baxış
IMG

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində naməlum silahlı şəxslər məktəb avtobusunu atəşə tutub.

İnsident nəticəsində 15 yaşlı şagird ölüb.

Qeyd olunur ki, avtobusda yalnız şagird və sürücü olub.

Məktəbli avtobusa qalxarkən güllə yarası alıb və daha sonra xəstəxanada həyatını itirib.

Hazırda polis cinayəti törətməkdə şübhəli bildiyi iki şəxsi axtarır.

Mənbə: RİA Novosti

Xəbər lenti