Logo

Dilçilik İnstitutunun Baş direktoru Ramiz Mehdiyevin lüğətlə bağlı fikirlərinə münasibət bildirib

20.01.2022 13:31 345 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında orfoqrafiya lüğəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Nadir Məmmədli Cia.az-a bildirib ki, cəmi 2 aydır, instituta baş direktor təyin olunub, institutda baş verənlər ondan əvvəlki dövrə təsadüf edir: "Orfoqrafiya lüğəti ötən il çap olunub. Təbii ki, bu məsələyə laqeyd qala bilmərəm.

Lüğətlə bağlı məsələyə aydınlıq gətirmək üçün institutun elmi şurasının üzvləri, şöbə müdirləri toplaşıb müzakirə apardıq. Kitabın mətbəəyə gedən son variantını tapdıq. Sonuncu korrektor cildlənmiş halda mətbəəyə göndərib. Həmin kitabda "hörümçək" sözü var. Necə olub ki, bu söz kitaba salınmayıb, bunu aydınlaşdıracağıq. İş olan yerdə səhv də olur. Düşünürəm ki, bu, Dilçilik İnstitutunun səhvi deyil. Belə başa düşürəm ki, mətbəə xətasıdır".

 

Xəbər lenti