Logo

Mingəçevir Dövlət Universitetində “20 Yanvar azadlığa gedən yolun zirvəsi: unudulmayan dərs” mövzusunda ədəbi-bədii tədbir keçirilib

20.01.2022 13:18 312 baxış
IMG

2022-ci ilin 19 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar azadlığa gedən yolun zirvəsi: unudulmayan dərs” mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Tehsil.biz bildirir ki, Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə 20 yanvar hadisələrində amansızcasına qətlə yetirilən dinc əhalinin həyat hekayələrindən və onların yarımçıq qalmış ömür yolundan bəhs edilib.

Tədbirdə universitetin tələbələrinin ifasında 20 Yanvar faciəsinə, Şəhidlərin göstərdiyi qəhrəmanlıqlara və vətənpərvərlik mövzusuna həsr olunan şeirlər səsləndirilib.

Təqdim olunan musiqi nömrələri və ədəbii-bədii kompozisiyalar faciənin dəhşətlərini, ağrı-acılarını və azadlığa aparan unudulmayan dərslərini əyani şəkildə nümayiş etdirib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində təşkil olunub.

“Xudayar” təsnifi ilə yekunlaşan ədəbi-bədii tədbirdən sonra MDU-nun bir qrup tələbəsi və əməkdaşı Mingəçevir şəhər Şəhidlər Xiyabanınında 20 Yanvar şəhidlərinin xatirə kompleksini ziyarət ediblər və abidənin önünə tər qərənfillər düzüblər.

Xəbər lenti