Logo

20 yanvar hadisələri ilə bağlı konfrans

20.01.2022 12:35 382 baxış
IMG

2022-ci il yanvarın 18-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkil etdiyi “20 Yanvardan Qarabağ Zəfərinə Azərbaycan Milli Mübarizəsi” adlı konfrans Sovetlər İttifaqının dağılması prosesində Azərbaycan xalqının apardığı milli mübarizəyə, ölkənin ərazi bütövlüyü yolunda aparılan çətin prosesə həsr edilmişdir.

"Tehsil.biz"in xəbərinə görə, konfransda universitetin rəhbərliyi, departamentin müəllimləri və tələbələri iştirak etmişlər.

20 Yanvar şəhidlərinin xatirəsi anıldıqdan sonra universitetin rektoru dosent İradə Xəlilova, Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlu, İştimai əlaqələr və mediya üzrə direktor Əlövsət Əmirbəyli və konfransda iştirak edən müəllimlər o dövr Dağlıq Qarabağda alovlandırılan erməni separatizmi, Azərbaycan türklərinin Ermənistandaki dədə-baba yurdlarından qovulma prosesi, Sovet rejiminin Azərbaycan xalqının milli azadlıq mübarizəsini silah gücü ilə yatırtmaq üçün hərbi müdaxiləyəsi ilə bağlı ətraflı məlumat vermişlər.

Xəbər lenti