Logo

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20.01.2022 10:23 340 baxış
IMG

Yanvar faciəsinin 32-ci ildönümündə Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib. Şəhid məzarları üzərinə tər qərənfillər düzülüb, əziz  xatirələri ehtiramla yad edilib.

Universitetin tədris binasında təşkil olunan anım tədbirində  20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub, faciənin səbəb və nəticələri diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxa baxıblar.

Xəbər lenti