Logo

AzMİU-nun əcnəbi tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər

19.01.2022 23:00 345 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinci kursunda oxuyan əcnəbi tələbələr Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərimizin xatirəsini ehtiramla anıblar. 

Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə baş tutan səfərdə müxtəlif ölkələrdən olan gənclər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən paytaxtda, eləcə də bölgələrdə qətlə yetirilən əliyalın insanlarımızın  – qocalar, qadınlar , gənclər, uşaqların uyuduğu Xiyabanda şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.

Xəbər lenti