Logo

Türkiyədə “Qarabağ Zəfəri” kitabı oxuculara təqdim edilib

19.01.2022 21:19 408 baxış
IMG

Türkiyədə Anadolu Agentliyi Nəşrləri tərəfindən hazırlanan “Qarabağ Zəfəri” kitabı oxuculara təqdim edilib.

Tehsil.biz xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdimatı ilə hazırlanan nəşr Qarabağ Zəfərinə gedən yolu fotoşəkillərlə özündə birləşdirir.

Üç hissədən ibarət, 228 səhifəlik nəşrin birinci hissəsində Qarabağ probleminin tarixi əsasları, ikinci və ən mühüm hissəsində agentliyin Vətən müharibəsi dövrünə aid xəbərlər və fotoşəkilləri yer alır.

Üçüncü hissədə isə həm region, həm də dünya siyasəti baxımından Qarabağ Zəfərinin nəticələrindən bəhs edən məqalələr yerləşdirilib.

Tarixi Qarabağ Zəfərini fotoşəkillər, infoqrafika, xəbər və məqalələrlə özündə əks etdirən kitab artıq Türkiyədə satışa çıxarılıb. Nəşri eyni zamanda internet kitab mağazalarından, xüsusən də “kitapyurdu.com” və “idefix.com”dan əldə etmək olar. (Azərtac)

Xəbər lenti