Logo

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı Rəsmi açıqlama

19.01.2022 16:28 512 baxış
IMG

Sosial şəbəkələrdə valideynin uşaq bağçasında tərbiyəçini döyməsi ilə bağlı videogörüntülər yayılıb.

Ölkənin Daxili İşlər Nazirliyi də məsələyə münasibət göstərib. Qurumun Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi saytlarda tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülər yanvarın 16-da Bakının Xətai rayonunda yerləşən 3 saylı uşaq evində qeydə alınıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat başlanılıb. İnsidentin iştirakçısı olan uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq. (Qafqazinfo(

Xəbər lenti