Logo

“Grammy” mükafatlandırma mərasiminin keçiriləcəyi vaxt açıqlandı

19.01.2022 16:13 405 baxış
IMG

“Grammy” mükafatlandırma mərasimi aprelin 3-də Las-Veqasda keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə təşkilatçılar tədbirin saytında məlumat veriblər.

Qeyd olunur ki, mərasimin tam formatda MGM Grand Garden arenasında keçirilməsi planlaşdırılır. Tədbiri cənubi afrikalı komediya ustası, aktyor və teleaparıcı Trevor Noa aparacaq.

Mükafatlar 85 nominasiya üzrə təqdim olunacaq.

Bundan əvvəl ABŞ-ın Səsyazma Akademiyası koronavirusun yayılması səbəbindən “Grammy” mərasiminin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.

Qeyd edək ki, noyabrın 23-də “Grammy” mükafatlarına namizədlərin tam siyahısı açıqlanıb. Nominasiyaların sayına görə caz musiqiçisi Con Baptist rekorda sahib olub (11 kateqoriya). Müğənnilər Doja Cat və H.E.R., eləcə də Castin Biber səkkiz, Billy Ayliş və Olivia Rodrigo isə hər biri yeddi nominasiya üzrə qalib gələ bilər ala bilər.

Xəbər lenti