Logo

Qərbi Kaspi Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

19.01.2022 14:11 199 baxış
IMG

Qərbi Kaspi Universitetində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.

Qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. 

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edənlər bu günün müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsi olduğunu qeyd ediblər, faciəyə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildiriblər. 

Tədbir universitetin tələbə klublarının hazırladığı ədəbi-bədii kompazisiya ilə davam edib.

Tədbir iştirakçıları “Qəhrəmanlıq səhifəsinin başlandığı gün” adlı dizayn tələbələrinin rəsm və əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Xəbər lenti