Logo

"Anti - Bulinq. Psixoloji təzyiq" mövzusuda görüş keçirilib

19.01.2022 09:58 508 baxış
IMG

Yanvarın 18-də İmişli rayon təhsil şöbəsi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə onlayn formada "Anti - Bulinq. Psixoloji təzyiq" mövzusuda görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə rayonun ümumtəhsil məktəb psixoloqları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan İmişli RTŞ-nin müdir müavini Vahid Tağlyev mövzunun aktuallığını, hazırda cəmiyyətin qarşılaşdığı psixoloji çətinlikləri qeyd edib. Vətəndaş yetişdirilməsi sahəsində ailə, məktəb və cəmiyyət arasında qarşılıqlı əlaqə, məqsədyönlü  fəaliyyətin aspektləri və əhəmiyyətinin zəruri tələbata çevrildiyini qeyd edib. Təşəbbüsə görə İmişli rayon Gənclərin Karyera və İnkişaf mərkəzinin rəhbəri İlkin Quluzadəyə təşəkkürünü bildirib.

İlkin Quluzadə rəhbərlik etdiyi mərkəzin gələcək fəaliyyəti istiqamətlərindən danışıb, habelə müzakirə olunan mövzuya münasibəyini bildirərək psixoloji təzyiqin, şiddətin cəmiyyət üçün yaratdığı fəsadlardan xilas olmağın çıxış yolu olması zəruriliyini qeyd edib.

Təlimçi İmişli şəhər 5 nömrəli məktəb-liseyin psixoloqu Taciyəxanım İmanova şiddətin fəsadları, şiddətin insanı cəmiyyətdən ayıraraq uzaqlaşdırması, psixoloji zorakılıq, məişət zorakılığının insanların həyatına, cəmiyyətin inkişafına mənfi təsirlərini faktlarla geniş izah edib. Bu kimi hallardan xilas olmaq yollarından danışıb.

Sonda görüşdə iştirak edənləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti