Logo

Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb

18.01.2022 16:00 225 baxış
IMG

2021-ci ildə ölkənin ali təhsil müəssisələrinə 46,0 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 49,2 faiz olub ki, onların da 77,0 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 50,5 faizi təqaüd alır.

Xəbər lenti