Logo

Tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etdilər

18.01.2022 14:21 164 baxış
IMG

Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 32-ci ildönümü böyük izdihamla qeyd olunur.

Tehsil.biz xəbər verir ki, yanvarın 18-də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı kompleksini ziyarət etdilər. Onlar Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etdilər, məzarları üstünə tər qərənfillər düzdülər.

Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Nemət İbayev çıxış edərək Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışdı. Qeyd etdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çünki həmin gün öz xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə yüksəldilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı.

Xəbər lenti