Logo

Professor, akademik Hamlet İsaxanlı təhsil naziri Emin Əmrullayevlə görüşdü

18.01.2022 14:08 176 baxış
IMG

2022-ci il yanvarın 17-də Xəzər Universiteinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə görüşdü.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan təhsil sistemində baş verən yeniliklər və islahat proqramı ətrafında geniş müzakirə aparıldı.

Nazir tələbə kreditlərinin tətbiqi, ali təhsilin əlçatanlığının artırılması yolları, ali məktəblərdə idman fəaliyyətinin, xüsusi halda ali məktəb basketbol liqasının təşkili məsələləri barədə yeniliklərdən danışdı, fikir mübadiləsi aparıldı.

Xəzər Universitetində yeni ixtisaslar üzrə tələbə qəbulu, Xəzər Universiteti Gəncə filialının yaradılması məsələləri müzakirə olundu.

Xəzər Universiteti Buzovna Kampusunun yaradılması məsələsi üzərində xüsusi dayanıldı.

Müzakirə olunan məsələlərin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olundu.

Xəbər lenti