Logo

"Məktəblinin dostu" - sağlam, təhlükəsiz və şəffaf təhsil (FOTOREPORTAJ)

18.01.2022 12:39 535 baxış
IMG

“Təhlükəsiz məktəb, arxayın valideyn” devizi altında fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədi ilə Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yaradılıb.

Tehsil.biz xəbər verir ki, "Məktəblinin dostu" layihəsi Azərbaycan Respublikası Təhsil nazirinin “Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı pilot layihənin həyata keçirilməsi barədə” 30 avqust 2016-cı il tarixli 592 saylı və “"Məktəblinin dostu" layihəsinin həyata keçirilməsi ilə bağlı bəzi məsələlər barədə” 20 oktyabr 688 saylı əmrləri ilə dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsi, təhsilalanların hüquqazidd hərəkətlərdən qorunması, valideynlərdə övladlarının təhsil şəraiti barədə məlumatlığının və məmnunluğunun artırılması, tədris prosesinin bütün iştirakçıları tərəfindən dövlət təhsil standartlarının tələblərinə əməl olunması məqsədilə həyata keçirilir.

"Məktəblinin dostu" layihəsinin icrasına ilkin olaraq 2016/7-ci tədris ilində Bakı şəhərinin 30 məktəbində başlanılıb və 2021/2-ci tədris ilində layihə Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20 və Abşeron rayonu üzrə 20 təhsil müəssisəsində fəaliyyətini davam etdirir.

Hazırda layihə daxilində 400 əməkdaş  ümumilikdə 226 məktəbdə təhsil alan 400 minə yaxın şagirdə stabil və ya mobil qruplar şəklində xidmət göstərir.

Xəbər lenti