Logo

BDU-nun 8 fakültəsinə yeni dekan seçilib - SİYAHI

18.01.2022 12:20 226 baxış
IMG

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində (BDU) müvafiq fakültələrdə və bir sıra kafedralarda boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması üçün seçkilər keçirilir.

Tehsil.biz xəbər verir ki, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilir.

“Xalq qəzeti”nin 30 noyabr tarixli sayında verilmiş elan əsasında 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov - Geologiya fakültəsinin, Ələmdar Bayramov -  Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova - Biologiya fakültəsinin, Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov - Tarix fakültəsinin, Bəxtiyar Paşayev - Fizika fakültəsinin, Elçin Məmmədov - Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

Xəbər lenti