Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar Gününə həsr olunmuş tədbir keçirilib

18.01.2022 11:36 181 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev, Mərkəzin Mülki Müdafiə Qərargah rəisi, II Qarabağ Müharibəsinin iştirakçısı İlham Əfəndiyev Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar. 

Qeyd olunub ki, 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir. 

Diqqətə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar.

Mərkəzin tələbələrinin ifasında şəhidlərimizə, Vətənə həsr edilmiş şeirlər səslənmişdir.
Sonda 20 Yanvar hadisələrini əks etdirən videoçarxa birgə baxış keçirilmişdir.

Xəbər lenti