Logo

Elbrus İsayevə ilin ən yaxşı universitetinin ən yaxşı rektoru mükafatı təqdim olunub

18.01.2022 10:54 191 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə ilin ən yaxşı universitetinin ən yaxşı rektoru mükafatı təqdim olunub.

Tehsil.biz xəbər verir ki, Naxçıvan Dövlət Universitetində təşkil edilən mükafatlandırma mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti Ərazi İlk Partiya Təşkilatının sədri Arzu Abdullayev ötən ildə universitetin qazandığı uğurları diqqətə çatdırıb. 

Universitetin tanıtım videoçarxı nümayiş olunub. 

Qafqazın ən böyük təhsil səhifəsi olan Azərbaycan Universitetləri facebook sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman qeyd edib ki, 2011-ci ildən yaradılan səhifə 11 ildir ki, təhsil sahəsi üzrə yenilikləri cəmiyyətə çatdırır.

Vurğulanıb ki, 2013-cü ildən bəri ildə iki dəfə olmaqla keçirilən müsabiqə ali təhsil ocaqları arasında sağlam rəqabət mühitinin formalaşmasına öz müsbət təsirini göstərir.

Qeyd edilib ki, öz unikallığı ilə seçilən sorğu bəyənmələrlə yanaşı universitet və rektor haqda yazılan müsbət rəylərlə digərlərindən fərqlənib.  Vurğulanıb ki, 405 mindən çox izləyicisi olan səhifədə 40 faiz səs çoxluğu ilə Elbrus İsayev qalib seçilib. 

Ali təhsil ocağının rektoru Elbrus İsayev qazandığı uğuru universitetin nailiyyəti, ona verilən dəyər kimi səciyyələndirib.

Qeyd edilib ki, təhsil yeniliklərini ictimailəşdirmək baxımından sosial medianın fəaliyyəti təqdirəlayiqdir. Rektor operativ informasiyanın çatdırılmasında sosial şəbəkələrin müsbət fəaliyyətini vurğulayıb. Diqqətə çatdırılıb, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ali təhsil ocağı müxtəlif yeniliklərə imza atır, beynəlxalq əməkdaşlıqda uğurlar əldə edir. Rektor göstərilən etimadı doğrultmaq naminə hər kəsi daha məhsuldar və məsuliyyətli işləməyə səsləyib. 
Azərbaycan  Universitetləri facebook sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman ilin ən yaxşı universitetinin ən yaxşı rektoru plaketini Elbrus İsayevə təqdim edib. 

Tədbirdə çıxış edənlər rektoru təbrik edib, ona peşəkar və yorulmaz fəaliyyətində uğurlar arzulayıblar. 

Qeyd edək ki, Elbrus İsayev hər üç - Facebook, İnstaqram, Teleqram sosial şəbəkə hesablarında qalib olub. Məlumat üçün onu da bildirək ki, Azərbaycan Universitetlərinin Teleqram kanalı Azərbaycan Teleqam seqmentində təhsil kateqoriyası üzrə liderdir. Səhifə müəllim və tələbələrin bir sözlə, bütün təhsil sferasının uğurları və problemlərinin ictimailəşdirilməsi və həlli üzrə aktiv fəaliyyət göstərir.  

Xəbər lenti