Logo

BŞTİ 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslərin keçirilməsi ilə bağlı əmr imzalayıb

18.01.2022 10:14 266 baxış
IMG

“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Tehsil.biz xəbər verir ki, əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və “Dəyirmi masa”ların təşkili  nəzərdə tutulur.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

Xəbər lenti