Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən bu ali təhsil müəssisəsinin yubiley nəşrləri seriyasına daxil olan 8 kitab haqqında “Vikipediya”nın Azərbaycan seqmentində məqalələr yaradılıb.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, “Vikipediya”da sistematikliyi təmin etmək üçün məqalələr “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley nəşrləri” adlı kateqoriyada birləşdirilib.
Məqalələr şöbənin redaktoru Taleh Mirzəyev tərəfindən hazırlanıb.