Logo

MDU-da açıq qapı günləri keçiriləcək

17.01.2022 17:58 237 baxış
IMG

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

Tehsil.biz xəbər verir ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 6 yanvar tarixindən başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı (bu həftə çərşənbə günü) saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2022-ci ilin 19 yanvar tarixində keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

 

Xəbər lenti