Logo

Avtomobil təmiri çilingəri peşə ixtisası üzrə imtahan təşkil ediləcək

17.01.2022 17:14 153 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) vətəndaşları avtomobil təmiri çilingəri peşə ixtisası üzrə keçiriləcək imtahana dəvət edir.

Bu barədə TKTA-dan məlumat verilib. Bildirilib ki, avtomobil təmiri çilingəri peşə ixtisası üzrə uzun müddət çalışmış, lakin peşəsi üzrə təhsil sənədi olmayan şəxslər əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlarda uğurlu nəticə göstərən ərizəçilər sonda müvafiq sahə üzrə təhsil sənədi əldə edəcək. Təhsil sənədi vətəndaşların karyerada yüksəlişinə və iş imkanlarının artırılmasına dəstək olacaq.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün TKTA-nın saytındakı keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti