Logo

Memarlıq və İnşaat Universitetində gün ərzində 1200-dək tələbə imtahan verir

17.01.2022 15:35 159 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində uğurla davam edir.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, imtahan hər gün saat 10:00-dan etibarən başlayır və günün müəyyən olunmuş saatlarına uyğun imtahan qrafiki ilə davam edir. Gün ərzində 1000-1200 tələbə imtahan verir. İmtahan prosesinə nəzarət etmək məqsədilə universitet daxilində xüsusi işçi qrupu formalaşdırılıb. Universitetin müəllim və əməkdaşlarından təşkil olunmuş bu qrup yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işlərini yerinə yetirir.

Universitetdə imtahanlar yazılı və test üsulu olmaqla iki şəkildə aparılır. İmtahanların cavablarını isə tələbə elə həmin gün əldə edir.

Qeyd edək ki, AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prosesi ilə bağlı şikayətlərin araşdırılması məqsədilə İmtahan Qərargahı və rektorluğun yanında Münaqişə Komissiyası yaradılıb.

Xəbər lenti