Logo

Türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyi münasibətilə videoçarx hazırlanıb

17.01.2022 13:34 252 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı görkəmli türk şairi, ictimai xadim Nazim Hikmətin anadan olmasının 120 illiyi münasibətilə videoçarx hazırlayıb.

Baş İdarədən bildirilib ki, videoçarxda görkəmli sənətkar haqda geniş məlumatlar yer alıb.

Ədəbiyyatda “gözəl üzlü, mavi gözlü adam” kimi tanınan Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu olub. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb.

Azərbaycana həsr olunan şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələnib. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva şairin büstünü yaradıb. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazıb.

Videoçarxa kitabxananın instaqram səhifəsindən baxmaq olar.

Xəbər lenti