Logo

Parlamentdə “Vətənpərvərlik təhsili haqqında” qanun layihəsi hazırlanır

17.01.2022 12:16 600 baxış
IMG

“Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına “Vətənpərvərlik təhsili haqqında” qanun layihəsi daxil edilib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O bildirib ki, bu qanun layihəsinin hazırlanması istiqamətində işlər gedir, bəzi dəqiqləşmələr aparılır: “Yəqin ki, yaz sessiyası müddətində də bu layihə üzərində iş davam etdiriləcək”.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin hazırlanması üçün hələ İşçi Qrup yaradılmayıb: “İşçi Qrupun yaradılması nəzərdə tutulur. Çünki bütün materialların toplanması ilə bağlı həm şöbələr, həm də komitə üzvləri işləyirlər. Biz də həm də ictimaiyyətin rəyini nəzərə alırıq, cəmiyyətdə gedən prosesləri izləyirik”.

Xəbər lenti