Logo

“Yaradıcı məktəblər”in həmmüəllifi “Yeni çağırışlar”da

17.01.2022 11:53 182 baxış
IMG

25 yanvar saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Tehsil.biz xəbər verir ki, proqramın budəfəki qonağı dünya şöhrətli yazıçı, “Nyu York Tayms” bestsellər müəllifi, redaktor və naşir Lu Aronikadır. Lu Aronika ilə yaradıcı məktəblər barədə danışılacaq.

Lu Aronika dünya şöhrətli yazıçı Ken Robinson ilə birlikdə “Nyu York Tayms” bestsellərindən “Yaradıcı məktəblər”, “Sən, övladın və məktəb: ən yaxşı təhsilə aparan bələdçi”, “Öz gücünü tap” kitablarının həmmüəllifi, o cümlədən “Sonsuz il”, “Qışda kəşf”, “Yarpaqlar” və digər kitabların müəllifidir.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti