Logo

İmtahanlara gələn abituriyentlərdən vaksinasiya tələb olunacaq? - RƏSMİ AÇIQLAMA

17.01.2022 10:19 1848 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) 18 yaşı tamam olmuş, lakin vaksinasiya prosesindən keçməmiş abituriyentlərdən buraxılış və qəbul imtahanlarında COVİD19 pasportunun tələb olunub-olunmaması məsələsinə aydınlıq gətirib.

Mərkəzdən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün abituriyentlərdən vaksinasiya olunmaları tələb edilmir.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur.

Fəqan Əzimli

Xəbər lenti