Logo

Yüksək əməkhaqqı ilə 3 aylıq İdarəçilik üzrə təcrübə proqramı

16.01.2022 17:59 942 baxış
IMG

Yüksək əmək haqqı ilə 3 aylıq İdarəçilik üzrə 
təcrübə proqramı İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Menecment,  Sosial İş və əlaqəli sahələrdə geniş təcrübə qazanmaq istəyən tələbələrin və yeni 
məzunların nəzərinə! ADM 3 aylıq təcrübə proqramı elan edir!

Ümumi məlumat:
Gənclər təhsil sahəsində keçirdiyi layihələrlə geniş auditoriyanı əhatə edən Azərbaycan Diplomatiya Mərkəzinin beynəlxalq münasibətlər, xaricdə təhsil, layihələrin idarə olunması, biznes inkişaf platforması, politoloji və diplomatik deprtament və bu kimi digər şöbələrində adı çəkilən sahələr üzrə peşəkar karyera qurmaq üçün ilk addımlarını atacaqlar.

Belə ki, bu proqram əsasında siz aylıq əmək haqqı almaqla yanaşı həftədə bir dəfə yerli və xarici professor heyətinin treninqlərinə qoşularaq idarəetmənin əsas prinsiplərini, o cümlədən incəlikləri ilə yaxından tanış olacaqsınız. Təcrübə
proqramı 3 ay davam edəcək.

Həftənin 5 günü iş prosesi (xidmət haqqı ilə);
Həftə sonları treninqlər;

Ən sonda dünyanın 80-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat ilə təmin olunacaqsınız.

Xüsusi bacarıqlarını sərgiləyən əməkdaşlar Türkiyədə 2 həftəlik təcrübə proqramına göndəriləcəklər.

Tələblər:

İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və ya yeni məzun;

18-30 yaş aralığı;

Səlis Azərbaycan dili;

Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);

Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və çevik;

Həvəsli, bacarıqlı və tələbkar;

Komandada işləmək bacarığı;

MS Office baza bilikləri;

Təcrübə proqramı sizə nə qazandıracaq:
Sonda referans məktubu (yalnız nümunəvi əməkdaşlara) ;

2 aylıq təmənnasız ingilis dili paketi;

Sonda beynəlxalq sertifikat;

Layihələrin İdarəedilməsi ilə bağlı keçiriləcək mövzular:

- Hazırda dünya üzrə layihə idarəetmənin vəziyyəti;
- Layihə idarəetmənin əsas çətinlikləri nələrdir;
- Layihə, proqram və portfolio idarəetmə;
- Ehtimal nəzəriyyəsi;
- Ehtimal etməni necə yaxşılaşdırmaq olar;
- Project charter;

- Praktik məşğələ;
- Proje scope;
- Layihə tələblərinin yazılması (üsul və qaydaları);
- Layihə tələblərinin yazılması (praktik məşğələ);
- Səhvlərin tapılması üsulları;
- Scope və müştəri gözləntilərinin idarəedilməsi;
- Layihədə dəyişikliklərin idarəedilməsi;
- Layihələrin idarə edilməsi;
- Layihələrin biznes planının yazılması.

Həmçinin, təcrübəçilərə ISO beynəlxalq idarəetmə ilə bağlı keyfiyyətə nəzarət  proqramı təlimi keçiriləcək.

Təcrübə proqramında yüksək qiymətləndirilən şəxslər Türkiyənin tanınmış universitet və ya araşdırma mərkəzlərindən birində 14 günlük iş təcrübəsi əldəetmə şansı qazanacaq.

Təcrübə qroqramına qəbul edilən təcrübəçilər 2 Beynəlxalq Sertifikat proqramında rəsmi sertifikat rüsumu olaraq ümumilikdə 100 azn ödəniş edəcəklər.

Təcrübəçilərə 3 aylıq müddət üçün ayrılan xidmət haqqı ümumilikdə 800-1000 AZN təşkil edir.

Xüsusi referans alan şəxslər rəsmi işlə təmin olunma şansı əldə edəcəklər.

Son müraciət tarixi: 25 Fevral

Qeydiyyat üçün: Mövzu hissəsində “Təcrübə proqramı” yazaraq 
[email protected] e-mail ünvanına göndərməyiniz tələb olunur.

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 6

Xəbər lenti