Logo

Gömrük Akademiyası ilə Milli Erasmus+ Ofisi arasında görüş keçirilib

16.01.2022 17:28 246 baxış
IMG

Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Erasmus+ Ofisinin rəhbərliyi ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Gömrük Akademiyasının təşəbbüsü ilə keçirilən görüşdə Akademiyanın rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Görüş çərçivəsində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ali təhsil müəssisəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. O, Akademiyanın gömrük təlim-tədris qurumu və eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Regional Təlim Mərkəzi kimi fəaliyyətindən bəhs edib. 

Görüşdə Erasmus+ layihəsinin yeni elanları ilə bağlı ətraflı məlumat verilərək, proqram çərçivəsində xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları, təqdim olunan layihələrin yazılma prosesindəki əsas qaydalar və prinsiplər, layihələrin icra mexanizmlərinin və idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı geniş müzakirə aparılıb. Akademiya əməkdaşlarının sualları cavablandırılıb.

Daha sonra Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə tanış olub və imtahanların gedişini izləyib.

Qeyd edək ki, Gömrük Akademiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində “WORK4CE” konsorsiumunun icraedici strukturunda Azərbaycanı təmsil edir və layihənin Azərbaycanda idarə olunmasının keyfiyyətini təmin edir, həmçinin ECAR layihəsində iştirak edir.

Xəbər lenti