Logo

Biznes layihələrinizin maliyyələşdirilməsi üçün ADM start-up müsabiqəsinə qoşulun

16.01.2022 23:40 176 baxış
IMG

Azerbaijan School of Diplomacy GETCO Azerbaijan ilə əməkdaşlıq çərçivəsində yeni Start-up müsabiqəsinə start verir.

-  Azərbaycan Diplomatiya Mərkəzi Azərbaycan Respunlikasının ali təhsil müəssisələrində təhsil 
alan 3 və 4-cü kurs tələbələrinə, magistr 1 və 2-ci kurs tələbələrinə, həmçinin yaşı 35-dək olan 
şəxslərə layihələrini həyata keçirə bilmələri üçün imkan yaradır.

- İlkin təşkil olunacaq layihələrin idarəedilməsi ilə bağlı təlimləri (45 gün müddətində 40 saatlıq 
həftədə 2 dəfə olmaqla) başa vuran şəxslərə əlavə 21 gün müddət veriləcək; bu müddətin 
sonunda iştirakçılar qrup və ya fərdi formada öz biznes layihələrini yazaraq təqdim edəcəklər. 

ADM startup gecəsində hər bir iştirakçı öz layihəsini təqdim edəcək və Layihələrin təhlili və
qiymətləndirilməsi ekspert-şurası tərəfindən hər bir layihə qiymətləndiriləcək. 

Layihələrin maliyyələşdirilməsi üçün ayrılacaq ümumi vəsait yalnız 100 000 AZN-dək olacaq.
Vacib qeydlər:

- 2 qrup və 1 fərdi layihənin maliyyələşdirilmək üçün seçilməsi nəzərdə tutulmuşdur.

- Bütün fərdi və ya qrup şəklində təqdim olunacaq layihələr yalnız biznes layihələri olmalıdır. 
Sosial və digər yönümlü layihələrə biznes resursu ayrılması mümkün olmayacaqdır. 

- ADM tərəfindən layihələrə ayrılan vəsaitlar Azərbaycan Diplomatiya Mərkəzinin daxilində
keçiriləcək, layihə rəhbərinin müəlliflik hüququ qorunmaqla, ümumi layihədən gələn gəlirin 30%-
i layihə müəllifinə verilməklə, 40% ADM, 30% layihənin xərcləri üçün istifadə olunacaq.
Ümumi iştirakçılara ilk öncə layihələrin idarə olunması ilə bağlı təlimlər keçiriləcək. Həmçinin, 
iştirakçılara beynəlxalq idarəetmə sahəsində ISO keyfiyyətin idarəedilməsi ilə bağlı təlimlər veriləcək və iştirakçılar sonda təlimin imtahanını verərək Beynəlxalq sertifikat əldə etmək imkanı əldə edəcəklər.

Layihələrin İdarəedilməsi ilə bağlı keçiriləcək mövzular:

- Hazırda dünya üzrə layihə idarəetmənin vəziyyəti;
- Layihə idarəetmənin əsas çətinlikləri nələrdir;
- Layihə, proqram və portfolio idarəetmə;
- Ehtimal nəzəriyyəsi;
- Ehtimal etməni necə yaxşılaşdırmaq olar;
- Project charter;
- Praktik məşğələ;
- Proje scope;
- Layihə tələblərinin yazılması (üsul və qaydaları);
- Layihə tələblərinin yazılması (praktik məşğələ);
- Səhvlərin tapılması üsulları;
- Scope və müştəri gözləntilərinin idarəedilməsi;
- Layihədə dəyişikliklərin idarəedilməsi;
- Layihələrin idarə edilməsi;
- Layihələrin biznes planının yazılması.

Yuxarıda qeyd olunan mövzular üzrə 40 saatlıq təlimlər - 45 gün müddətini əhatə edəcək.

Startup müsabiqəsinə müraciətlər açıq elan edilir.
Son müraciət tarixi: 15 Fevral StartUp Müsabiqəsinə necə müraciət edə bilərəm:

Müraciət üçün CV və motivasiya məktubunu (arzu olunandır) e-mailin mövzu hissəsində “StartUp 
Müsabiqəsi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmək tələb olunur.

Müsabiqəyə iştirakçılar onlayn müraciət və müsahibə əsasında seçiləcəkdir.

Xəbər lenti