Logo

TÜRKPA-nın Baş katibi Bişkekdəki Türkiyə Təhsil Kompleksində şagirdlərlə görüşüb

15.01.2022 19:40 454 baxış
IMG

Qırğızıstanda səfərdə olan Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Surayya Er Bişkekdəki “Maarif” Türkiyə Təhsil Kompleksində (TTK) olub, şagirdlərlə görüşüb.

Tehsil.biz xəbər verir ki, TTK-nın direktoru kompleksin fəaliyyəti haqqında Baş katibə ətraflı məlumat verib. Direktor deyib ki, məktəbdə Türkiyənin qabaqcıl təhsil təcrübəsindən istifadə olunur.

Mehmet Surayya Er məktəbdə təhsil alan ibtidai sinif şagirdləri ilə söhbət edib, sonra konfrans salonunda yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Baş katib əmin olduğunu bildirib ki, burada təhsil alan şagirdlər TTK-nın geniş imkanlarından istifadə edəcək, gələcəkdə Türkiyənin və ümumilikdə Türk dünyasının sülh və əmin-amanlıq şəraitində yaşamasına öz töhfələrini verəcəklər.

Xəbər lenti