Logo

Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” - VİDEO

15.01.2022 17:57 413 baxış
IMG

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin şiddət göstərdiyi uşağın atası Rəşid Baxşəliyev danışıb

Oxu.Az bildirir ki, Rəşid Baxşəliyev tərbiyəçinin qohumu olduğunu və uşağı ərkyana vurmaq istədiyini deyib.

“Ola bilsin ki, o, ərkyana vurmaq istəyib, amma bərk alınıb. Amma nəticədə övladıma şiddət göstərib. Şikayətim yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağın başına vuran Zülfiyyə Baxışovanı işdən çıxarıb.

https://www.instagram.com/tv/CYwKZ8JqyRJ/?utm_medium=copy_link

 

 

Xəbər lenti