Logo

“Azerbaijan School of Diplomacy” qış məktəbi elan edir

15.01.2022 17:36 789 baxış
IMG

“Azerbaijan School of Diplomacy” 7-ci beynəlxalq idarəçilik ilə bağlı qış

məktəbi elan edir.

İqtisadiyyat, Politologiya, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Menecment,

Sosial İş və əlaqəli sahələrdə bilik və təcrübə qazanmaq istəyən tələbələrin və yeni

məzunların nəzərinə! ADM 2 aylıq qış məktəbi elan edir. Sonda təşkil olunacaq

müsabiqənin nəticələrinə əsasən:

Ilk yer 5000 AZN mükafat

İkinci yer 2500 AZN mükafat

Üçüncü yer 1000 AZN mükafat

 Qış Məktəbinin ümumi müddəti 3 aydır.

 Ümumi iştirakçı sayı 500 nəfər təşkil edəcək. Seçim müsabiqə əsasında

aparılır.

 Əməkdaşlıq GETCO Azerbaijan ilə Azerbaijan School of Diplomacy

arasında aparılır.

Müsabiqə 3 mərhələdən ibarətdir.

 İlkin mərhələ müsabiqə əsasında 500-liyə daxil olan tələbələrin seçilməsi

mərhələsidir.

 2-ci mərhələ bütün iştirakçılar həftəsonları həftədə 2 gün olmaqla dərslərə

qoşulacaqlar. Dərslər yerli və xarici müəllim heyəti tərəfindən keçiriləcək.

Hər kəsə yuxarıda qeyd olunan ixtisaslar ilə bağlı öz sahələrində həm nəzəri,

həm praktiki bilgilər təqdim olunacaq. 

Müsabiqənin son mərhələsi 3-cü mərhələdir. 3-cü mərhələyə keçid alan hər

bir iştirakçı onlara təqdim olunan mövzular ilə bağlı elmi tezis və ya məqalə

işləyərək müdafiə etməlidir.

Qış Məktəbinə müraciət üçün tələblər:

 İqtisadiyyat, Menecment, Beynəlxalq Münasibətlər, Regionşünaslıq, Sosial

İş və əlaqəli ixtisaslarda təhsil alan II, III, IV kurs və ya magistr tələbələri və

ya yeni məzun;

 18-30 yaş aralığı;

 Səlis Azərbaycan dili;

 Xarici dil bilikləri: Rus və ya İngilis dili (arzuolunandır);

 Öyrənməyə həvəsli, detallara diqqətli, punktual və məsuliyyətli, gülərüz və

çevik;

 Həvəsli, bacarıqlı və tələbkar;

 Komandada işləmək bacarığı;

 MS Office baza bilikləri;

Qış Məktəbi sizə qazandıracaq:

 Ən yüksək nəticə göstərən ilk 3-lüyə daxil olan iştirakçıya 1-ci yer üçün

5000 AZN, 2-ci yer 2500 AZN, 3-cü yer 1000 AZN mükafat təqdim

olunacaq.

 İştirakçılar 2 ay boyunca treninqlərdən yararlanacaq, həftəsonları təcrübə

proqramına qoşularaq rəsmi iş təcrübəsi əldə edəcəklər.

 Bütün iştirakçılara beynəlxalq ISO idarəetmə ilə bağlı təlim keçiriləcək və

iştirakçılar dünyanın 160 ölkəsində tanınan sertifikat əldə etmək imkanı əldə

edəcəklər.

 Bütün seçilmiş tələbələrə 6 aylıq ödənişsiz dil kursu təqdim olunacaq -

ADM gold kartları təqdim olunacaq – İngilis, Fransız, Rus, İspan, Ərəb dili

(bu dillərdən birini seçmək şərti olacaq).

 Bundan əlavə olaraq, nümunəvi fəaliyyəti ilə seçilən şəxslərə referans

məktubu veriləcək.

İlk üçlüyə daxil olan şəxslərə BƏƏ, və Türkiyə olmaqla, 21 günlük

araşdırma Mərkəzlərində təcrübə keçəcəklər. Həmin iştirakçılara 3 həftəlik

təcrübədən qayıtdıqdan sonra Azərbaycan Diplomatiya Mərkəzində işləmək

imkanı yaradılacaq.

Qeydiyyatdan keçmək üçün nə etməliyəm:

İştirakçıların seçimi onlayn müraciət və müsahibə əsasında aparılır.

Qeydiyyat üçün CV və motivasiya məktubunu (arzu olunandır)

[email protected] e-mailin mövzu hissəsində “ADM Qış Məktəbi”

yazaraq göndərmək tələb olunur.

Qeydiyyat açıq elan edilir. Son müraciət tarixi: 15 Fevral

ƏLAQƏ ÜÇÜN:

Əlaqə nömrəsi : +994 50 800 11 13

Ünvan : Bakı şəh., Səbail ray., Nizami küçəsi 64

Xəbər lenti