Logo

Uşağın döyüldüyü bağçanın paylaşımları silinib - FOTO

14.01.2022 20:00 909 baxış
IMG

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub.

Tehsil.biz xəbər verir ki, bağçanın səhifəsində paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.

Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər “yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.

Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.

Xəbər lenti