Logo

Dövlət məktəblərində pullu imtahan keçirilə bilərmi? - Nazirlikdən AÇIQLAMA

14.01.2022 17:41 89 baxış
IMG

Təhsil Nazirliyi ümumtəhsil məktəblərin pullu imtahanların keçirilməsinə icazə olub olmadığına aydınlıq gətirib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri tərəfindən ödənişli formada hər hansı bir qiymətləndirmə təşkil oluna bilməz.

"Təhsilalanlar yalnız digər aidiyyəti qurumların (hazırlıq kursları, mərkəzləri və s.) ödənişli əsaslarla təşkil etdiyi qiymətləndirmələrdə könüllü şəkildə iştirak edə bilərlər" - deyə, məlumatda qeyd olunub.

Xəbər lenti