Logo

“Repetitorluq təhsili rüşvət və korrupsiya şəbəkəsinə çevirir" - Professor

14.01.2022 17:18 1068 baxış
IMG

"Orta məktəblərdə bu gün əsas problem repetitorluqdur. Bu fenomen təhsildə çoxlu fəsadlar törədir. Repetitorluq fərdin təhsilidir, cəmiyyətin inkişafına mənfi təsir edir”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.​

Professor bildirib ki, repetitorluq dövlətin təhsil siyasətini aparmağa əngəldir: "Repetitorluq orta məktəblərin yuxarı siniflərini iflic edir. Repetitorluq, həmçinin tərbiyəyə və vətənpərvərliyə imkan vermir. Biliyin mənimsəməsinə yox, əzbərçiliyə xidmət edir. Bu imkandan istifadə edə bilməyən valideynlər dövlətdən narazı qalırlar. Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirir. Kölgə iqtisadiyyatını alovlandırır”.

Xəbər lenti