Logo

UNEC: Rəqəmsal dərslik və tədris vəsaitləri çap olunacaq

14.01.2022 17:00 350 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu il İKT- baza kompüter bilikləri fənninin proqramının və sillabusunun dövlət standartlarında müəyyən olunmuş kompetensiyalar və beynəlxalq standartlar əsasında yenidən hazırlanması nəzərdə tutulub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Qeyd olunub ki, tədbirlər planına əsasən, fənlərin daha praktik formada tədrisi məqsədilə metodologiya yenilənəcək, fənn proqramları və dərsliklər beynəlxalq universitetlərin təhsil proqramlarına uyğunlaşdırılacaq, rəqəmsal dərslik və tədris vəsaitləri çap olunacaq.

Xəbər lenti