Logo

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirmə prosesi üçün ekspertlərin seçimi davam edir

14.01.2022 16:24 467 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkə ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. 

Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert bankı” yaradılıb.

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi proseslərində iştirak etmək istəyən və “Ekspert bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar.

Yalnız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunacaqlar.

Müraciət üçün Agentliyin internet səhifəsinin (www.tkta.edu.az) “Ekspert komandamıza qoşulun”  bölməsinə daxil olaraq daha ətraflı məlumat edə bilərsiniz.

Qeyd edək ki, "Ekspert bankı"na daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Ali təhsil müəssisələrində çalışan elmi ad və elmi dərəcəsi olan namizədlərin müraciəti arzuolunandır.

Xəbər lenti