Logo

İlahiyyat İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçiriləcək

14.01.2022 15:50 526 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçiriləcək.

“Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 may 2021-ci il və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan İlahiyyat İnstitutu ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq, 05 may 2022-ci il tarixdə Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı təşkil edəcək.

Konfrans haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:
https://bit.ly/3Kd0XAg

Xəbər lenti