Logo

"Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir" - Taliyə İbrahimova

14.01.2022 12:56 665 baxış
IMG

“Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilər bir ildən bir tibbi-psixoloji müayinədən keçməlidirlər”.

Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

Onun sözlərinə görə, uşağa qarşı istənilən mühitdə istənilən şəxs tərəfindən zorakılıq edilməsi yolverilməzdir: "Azyaşlılara qarşı belə zorakılıq halları ilə biz əvvəlki illərdə də rastlaşmışıq. Məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçisinin bu hərəkəti yolverilməzdir. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Komitə olaraq biz bəyan edirik ki, belə hal yolverilməzdir".

Xəbər lenti