Logo

SABAH qruplarına müəllim seçimi davam edir

14.01.2022 12:12 150 baxış
IMG

Yanvarın 16-da Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu yekunlaşacaq.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, namizədlər qeyd edilən tarixdə saat 00:00-dək müraciət edə bilərlər.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Hər bir namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/3eQP2cW daxil olaraq əldə edə bilərsiniz. 

Xəbər lenti