Logo

Bağçada uşağa şiddət göstərən qadın İŞDƏN ÇIXARILDI

14.01.2022 11:15 1169 baxış
IMG

Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı edilən şiddətin yayılan görüntüləri müzakirələrə səbəb olub. 

Tehsil.biz xəbər verir ki, hadisə İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Bağçada azyaşlı uşağa qarşı vəhşilik edən “tərbiyəçi”nin adı Zülfiyyə Baxışovadır. 

Qeyd edək ki, sözügedən bağçanın müdiri hazırda Tükəzban Məmmədovadır.

Məlumata görə, şiddət görən uşaq həmin “tərbiyəçi”nin qohumudur. Hadisə 3 gün əvvəl baş verib və həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.

Sosial şəbəkələrdə də qeyd edilib ki, uşağa şiddət göstərən qadın onun valideyninin xalasıdır.

Elə bu səbəbdən də valideyn şikayətçi olmadığını bildirib. 

Xəbər lenti