Logo

Azyaşlı uşaqlar arasında “Omikron” ştammına yoluxma halları təsdiqlənib

14.01.2022 09:07 94 baxış
IMG

Azyaşlı uşaqlar arasında “Omikron” ştammına yoluxma halları təsdiqlənib.

Bu barədə Rusiyanın Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik işlər üzrə direktor müavini Tatyana Rujentsova bildirib.

Epidemioloq qeyd edib ki, yoluxma hallarının sayı ilə bağlı məlumatlar hələ dəqiqləşdirilir.

“İlkin məlumatlara görə, “Omikron” ştammı ilə yoluxmaların üstünlük təşkil etdiyi Cənubi Afrika Respublikasında üç yaşınadək uşaqlarda koronavirusun simptomları daha qabarıq şəkildə özünü göstərir. Uşaqlarda bu xəstəliyin ağırlıq dərəcəsi haqqında hələ məlumat yoxdur”, - deyə o, əlavə edib.

Mənbə: TASS

Xəbər lenti