Logo

NASA roveri Marsdakı sirli bənövşəyi ləkələri araşdırıb

14.01.2022 08:55 719 baxış
IMG

NASA alimləri “Perseverance” roverindən istifadə edərək Mars qayalarında bənövşəyi ləkələri analiz ediblər.

Tədqiqat materialları Amerika Geofizika İttifaqının konfransında təqdim olunub.

İlk dəfə Mars qayalarında qeyri-adi ləkələr 1970-ci illərdə Vikinq aparatları tərəfindən aşkar edilib. Zamanla mütəxəssislər onların nazik örtük təbəqələri olduğunu anlayıblar.

Yeni araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, ləkələr hidrogen və bəzən maqneziumla zənginləşdirilmiş müxtəlif dəmir oksidlərindən ibarətdir. Hidrogenin olması ləkələrin əmələ gəlməsində suyun rol oynadığını göstərir.

Qeyd edək ki, bu cür nazik örtük təbəqələri astrobioloqları xüsusilə maraqlandırır. Çünki Yerdəki oxşar birləşmələr bakteriyaların həyati fəaliyyəti nəticəsində yaranır.

Mənbə: gazeta.ru

Xəbər lenti