Logo

Uşaq bağçasında körpə döyülməsinin TƏFƏRRÜATLARI

14.01.2022 23:36 520 baxış
IMG

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçinin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

Bağçada tərbiyəçi qadın uşağın çörəyi ağzında saxlamasını istəyir, bunu etməyən uşağın başına şillə vurur.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayonunun Aşağıbaş kənd bağçasında baş verib.

Məlumata görə qadın işdən çıxarılıb. Şiddətə məruz qalan körpənin isə şillə vuranın qohumu olduğu bildirilir.

Xəbər lenti