Logo

Gənclər oxumaq üçün ən çox hansı xarici ölkəni seçir? - VİDEO

13.01.2022 20:54 531 baxış
IMG

Son illər gənclərin əsas arzularından biri də xaricdə təhsil almaqdır. Xüsusilə Avropa və ABŞ-da oxumaq daha çox perspektiv vəd edir. Bununla belə Türkiyə, Rusiya kimi qonşu dövlətlərdə də təhsil alan tələbələrimiz az deyil.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda 41 mindən artıq Azərbaycanlı tələbə xaricdə təhsil alır. Onların da əksəriyyəti ölkəmizdəki qəbul imtahanlarında nəticə göstərə bilməyib, attestat qiymətləri ilə başqa dövlətlərin Universitetlərinə müraciət edənlərdir.

Təhsil almaq üçün ölkəmizə də üz tutanlar var. Kamran Əsədovun sözlərinə görə, Azərbaycana əsas tələbə axını qonşu ölkələrdəndir.

Təhsil Nazirliyinin şöbə müdiri Tural Əhmədov isə bildirir ki, son illər Azərbaycana gələn əcnəbi tələbələrin sayında artım müşahidə olunur.

Nazirlik rəsmisi deyir ki, son 5 ildə 1000 nəfərə yaxın tələbə xaricdə təhsil üçün təqaüd proqramından yararlanıb və onlardan 300 nəfəri artıq məzun olub.

Xəzərxəbərin hazırladığı sujeti təqdim edirik:

https://daytube.az/az/embed/122448

Xəbər lenti