Logo

Tələbələr üçün “Mentorluq üzrə ixtisaslaşma proqramı”na qəbul davam edir

13.01.2022 16:33 59 baxış
IMG

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”na qəbul davam edir.

"Tehsil.biz" xəbər verir ki, 3 ay davam edəcək proqram çərçivəsində baza bilikləri və ixtisaslaşma proqramı üzrə müxtəlif təlim, ekspert görüşləri, bootcamp və vorkşoplar həyata keçiriləcək.

Proqramı uğurla başa vuran şəxslər sertifikatla təltif olunacaq və layihənin növbəti mərhələsinə - mentorluq proqramına cəlb ediləcək.

İnnovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq, startap sahəsində məlumatlı, layihə idarəetməsi və mentor-təlimçilik sahəsində təcrübəsi və ya marağı olan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/1O3ZK7SL8aWgs3lEI9ph8rFF3RQtCEzjpC4o9RlBISgU/edit

Müraciət üçün son tarix 15 yanvar 2022-ci ildir.

 

Xəbər lenti